AZ

AzMİU ilə Holberton School Azerbaijan arasındakı əməkdaşlıq çərçivəsində təqaüd proqramına start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) HolbertonSchool Azerbaijan ilə birgə həyata keçirdiyi təqaüd proqramınınrəsmi açılış mərasimi baş tutub.

Trend xəbərverir ki, tədbirdə universitet rəhbərliyi, Holberton məktəbininnümayəndələri, proqram iştirakçıları iştirak ediblər.

Tədbirin açılışında Holberton School Azerbaijan-ın icraçıdirektoru Şəmsi Bayramzadə çıxış edərək tələbələri təbrik edib,məktəbin fərqli yanaşmalarından və tələbələr üçün mövcudimkanlarından bəhs edib, həmçinin beynəlxalq əməkdaşlığınəhəmiyyətini vurğulayıb.

Daha sonra AzMİU İKT Mərkəzinin direktoru Sərxan Talıbzadəlayihənin məqsədləri, tələbələr üçün yaratdığı imkanlar, praktikiİT biliklərinin mənimsənilməsinin əhəmiyyəti haqqında məlumatverib.

Çıxış edənlər proqramın tələbələrə qlobal rəqabətə davamlıbacarıqlar qazandıracağını, innovativ yanaşmanı təşviq edəcəyini vəölkədə İT sahəsinin inkişafına töhfə verəcəyini qeyd ediblər.

Qeyd edək ki, bu proqrama seçilən müxtəlif ixtisaslardan olan 32tələbəmiz 100%-lik təqaüdlə 9 ay boyunca Computer Science, SoftwareEngineering təlimləri alacaqlar.

Tədbirin sonunda mentorlar iştirakçılarla təcrübələrinibölüşüblər və dərslərə start verilib.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Seçilən
7
2
az.trend.az

3Mənbələr