AZ

Azərbaycan millisinin Fransa ilə oyunu mərkəzi arenada!

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransaya qarşı keçirəcəyi ev oyunlarının yeri bəlli olub.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.

Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Hər iki oyuna saat 21:00-da start veriləcək.

Xatırladaq ki, millimizin yer aldığı D qrupunda Fransa və İslandiyadan başqa, Ukrayna yığması da yer almaqdadır.

Seçilən
47
25
arena.az

10Mənbələr