Bakı. Trend:
Azərbaycan milli komandasının dünya çempionatının seçməmərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi evoyunlarının yeri müəyyənləşib.
Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.
Bildirilib ki, D qrupunun son turları çərçivəsində İslandiya iləgörüş noyabrın 13-də “Neftçi Arena”da, Fransa ilə qarşılaşma isənoyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkilolunacaq.
Qeyd edilib ki, Hər iki matç saat 21:00-da başlanacaq.