İyulun 27-də saat 23:55 radələrində xəsarət alan 1973-ci il təvəllüdlü şəxs (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən APA-ya verilən məlumatda bildirilib:
"Döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Göstərilən tədbirlərə baxmayaraq, 28.07.2025-ci il tarixində saat 00:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb".
***
11.18
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində, qardaşı oğlu 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyat zamanı hadisəni törədməkdə şübhəli bilinən Fidayıl Mirzəməmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.