AZ

İraqda havanın temperaturu 51 dərəcəyə çatıb

İraqın paytaxtı Bağdadda və ölkənin cənub bölgələrində havanın temperaturu kölgədə 51 dərəcəyə yüksəlib.

APA xəbər verir ki, bu barədə İraqın Milli Meteorologiya Xidməti məlumat yayıb.

46 milyon əhalisi olan İraqda su qıtlığı və tez-tez baş verən elektrik kəsintiləri belə havalarda daha ciddi problemlər yaradır.

Ölkənin Su Resursları Nazirliyi cari ilin 1933-cü ildən bəri ən quraq il olduğunu açıqlayıb. Məlumata əsasən, su anbarlarında olan su ehtiyatı ümumi tutumun cəmi 8 faizi doludur.

Qurumun məlumatına görə, çərşənbə günü temperaturun bir qədər enəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, son günlərdə İran və Türkiyədə də havanın temperaturu kəskin şəkildə artıb.

Seçilən
27
10
apa.az

10Mənbələr