AZ

ABŞ THAAD sistemlərinin 1/4-ni İran üçün işlədib

Məsələdən məlumatlı iki adı çəkilməyən mənbənin "CNN" telekanalına verdiyiməlumatagörə, bu, 100-150THAADballistik raketi deməkdir ki, hər birinin qiyməti 12,7 milyon dollardır.

"Maraqlıdır ki, ABŞ ötən il cəmi 11 THAAD raketinin istehsalını həyata keçirib. Bu il də cəmi 12 THAAD-ın istehsalı nəzərdə tutulur",– "CNN" bildirir.

Telekanal, eyni zamanda, Amerika Milli Təhlükəsizliyi üzrə Yəhudi İnstitutunun(JINSA)hesabatına istinadən diqqətə çatdırıb ki, 12 günlük müharibə ərzindəİran raketlərinin təxminən yarısı məhz THAAD-lar vasitəsilə sıradan çıxarılıb.Qalan raketlər isə İsrailə məxsus "Arrow-2" və "Arrow-3" müdafiə sistemləri ilə vurulub.

JINSA-nınməlumatındahəmçinin bildirilib ki, İran müharibə dövründə İsrail ərazisinə doğru ümumilikdə 500-dən çox raket buraxıb. Onlardan 201-i zərərsizləşdirilib. Hücumlar nəticəsində İsraildə 29 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. İki universitet, bir xəstəxana və 240 binada 2305 mənzilə ziyan dəyib. 13 mindən çox israilli öz yurd-yuvasından didərgin düşüb.

Firudin Həmidli


Seçilən
23
1
azvision.az

2Mənbələr