AZ

Tovuzda 52 yaşlı kişi qətlə yetirilib

 

Tovu, 28 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda qətl hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, Əyyublu sakini 1973-cü il təvəllüdlü V.Əsgərov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçidikləri müvafiq tədbirlər nəticəsində V. Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elcan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
17
3
azertag.az

5Mənbələr