AZ

Mikroavtobus sərnişin avtobusuna çırpıldı

Türkiyənin İstanbul şəhərində yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Beyoğlu səmtində mikroavtobusun sürücüsü idarəetməni itirərək yolun kənarında dayanan avtobusa çırpılıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, tibb işçiləri və yanğınsöndürənlər göndərilib.

Yanğınsöndürənlər sürücü və sərnişinləri mikroavtobusdan çıxarıblar.

Xəsarət alan 5 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.(ehuquq.az)

Seçilən
22
1
avtosfer.az

2Mənbələr