AZ

Dörd komanda Lebron Ceymsi istəyirmiş

MBA-nın dörd komandası “Leykers”in forvardı Lebron Ceymsi dəyiş-düyüş etməkdə maraqlı olub.

Bu haqda xəbəri ESPN-in insayderi Deyv Makmenamin yayıb. Onun iddiasına görə, həmin 4 klub 40 yaşlı amerikalı ulduzun agenti Riç Pol ilə əlaqə saxlayıb.

Ceyms bir müddət əvvəl “Leykers”lə müqavilə müddətini 2025/26 mövsümünün sonuna qədər uzatmaq imkanından yararlanıb. Növbəti mövsüm onun üçün MBA-da rekord – 23-cü olacaq. Bununla belə, basketbolçunun karyerasını davam etdirməklə bağlı başqa variantları gözdən keçirdiyi də bildirilirdi.

Ceyms ötən mövsüm MBA-da keçirdiyi 70 oyunda orta hesabla 24,4 xal toplayıb, 8,2 ötürmə verib və 7,8 ribaund edib.

Seçilən
27
1
football-plus.az

2Mənbələr