AZ

Azərbaycanlı ağırlıqqaldıran bir qızıl və bir gümüş medal qazanıb

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.

İdman.biz xəbər verir ki, bu gün atletlərimizdən Lətif Əliyev U-15 kateqoriyasında mübarizəyə qoşulub.

71 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medala sahib olub. Lətif təkanla qaldırma hərəkətində 129 kq çəkini başı üzərinə qaldırıb.

Yekunda iki hərəkətin cəmində 237 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb.

İdman.biz

Seçilən
15
33
idman.biz

10Mənbələr