Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Moskva ilə bağlı verdiyi yeni açıqlamaya sərt reaksiya verib.
KONKRET.az xəbər verir ki, Medvedev sosial şəbəkə platformasında (X) paylaşımında Trampın “Rusiya üçün 50 və ya 10 gün vaxt” mesajını ultimatum adlandıraraq belə deyib:
“Tramp Rusiya ilə ultimatum oyunu oynayır: 50 gün, ya da 10… O, iki şeyi xatırlamalıdır: 1. Rusiya nə İsraildir, nə də İran. 2. Hər yeni ultimatum – bu, təhdiddir və müharibəyə bir addımdır. Amma Rusiya ilə Ukrayna arasında deyil, məhz onun öz ölkəsi ilə. Yatmış Co-nun (Baydenin) yolunu təkrarlamayın”.
Natiq Səlim,
KONKRET.az