Ajans.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib. Məlumata görə, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağırışa gedən təcili tibbi yardım avtomobili yolda hərəkətdə olarkən “Hyundai SantaFe” markalı minik avtomobili ilə toqquşub.
Qəzanın səbəbləri və mümkün xəsarət alanlar barədə əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.