Tailand və Kamboca arasındakı sərhəd bölgəsində 5 gün davam edən hərbi toqquşmalardan sonra atəşkəs rejimi qüvvəyə minib.
Moderator.az-ın xəbərinə görə, Asiya ölkələri arasında atəşkəs barədə bundan əvvəl Malayziya hökumətinin başçısı Ənvər İbrahim Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Xun Manet arasında Kuala-Lumpurda keçirilən danışıqların yekunu üzrə elan edib.
Xatırladaq ki, Tailand-Kamboca münaqişəsinin mərkəzində iki ölkənin sərhədində və ona bitişik ərazilərdə yerləşən Preah Vihear məbədinin mülkiyyət məsələsi dayanır.