Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) saytında Xalq artisti Firəngiz Mütəllimova və Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin ad və soyadları fərqli formada ingilis dilinə tərcümə olunub.
Bu barədə “Grammar AZİ” məlumat yayıb.
Məsələ ilə bağlı ADMİU sosial şəbəkə hesabında açıqlama yayıb.
“Xarici tələbələr və partnyorlar üçün saytın əlçatanlığını artırmaq məqsədilə süni intellekt əsaslı DeepL Translate modulu inteqrasiya edilib. Bu yenilik sayəsində yalnız statik deyil, həm də dinamik məzmun - xəbərlər, elanlar və yeniliklər əlavə iş və xərc olmadan avtomatik tərcümə olunur. Sistem bir neçə deyil, çoxsaylı dillərdə yayıma imkan yaradaraq beynəlxalq auditoriyanı genişləndirir.
Bununla belə, son yeniləmə zamanı bəzi xüsusi və şəxs adlarının avtomatik tərcümədə yanlış göstərildiyi müşahidə olunub. Texniki komanda problemi dərhal müəyyən edərək düzəlişlərə başlayıb.
Yaranmış texniki problem nəticəsində adlarında yanlışlıqlar olmuş dəyərli sənətkarlarımızdan üzr istəyirik!” deyə, açıqlamada bildirilib.
10Mənbələr
-
nuh.azSüni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto ( 19804277)
-
bizim.mediaUniversitet Firəngiz Mütəllimova ilə Əliqismət Lalayevdən ÜZR İSTƏDİ ( 19803122)
-
demokrat.azUniversitet süni intellektin səhvinə görə üzr istədi — FOTO ( 19801088)
-
manset.azUniversitet süni intellektin səhvinə görə sənətkarlardan ÜZR İSTƏDİ ( 19798475)
-
yenisabah.azPharaoh Mullimova, Elizabeth Lalayev... - Süni intellektin səhvi ( 19797899)
-
viral.azSüni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi ( 19797779)
-
redaktor.azSüni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - FOTO ( 19797770)
-
poliqon.infoUniversitet süni intellektin səhvinə görə üzr istədi - Foto ( 19797725)
-
azedu.azUniversitet suni intellektin səhvinə görə ÜZR İSTƏDİ ( 19797671)
-
publika.azUniversitet Firəngiz Mütəllimova ilə Əliqismət Lalayevdən üzr istədi ( 19797458)