Ukrayna Latviyadan 42 ədəd Patria zirehli transportyoru alacağına ümid edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal məlumat verib.
“Latviyanın müdafiə naziri Andris Spruds ilə müdafiə qüvvələrinin ehtiyaclarını, Ukrayna üçün pilotsuz uçuş aparatlarının birgə istehsalını və müdafiə məsələləri üzrə əlaqə qrupunun son görüşündə əldə olunmuş razılaşmaları müzakirə etdik”, – deyə nazir bildirib.
Şmıqal Latviyalı həmkarına ölkəsinin müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib. Bu töhfələrə pilotsuz uçuş aparatlarının (PUA) ötürülməsi və 42 ədəd Patria 6×6 zirehli transportyorunun verilməsi ilə bağlı son qərar da daxildir. Ukrayna müdafiə nazirinin sözlərinə görə, ilk partiya artıq ölkəyə çatdırılıb.