AZ

Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 2nəfər xəsarət alıb

Lənkəranda baş verən qəzada xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə saat 19:25 radələrində Lənkəran rayonunun Səpnəkəran kəndindən 103-ə zəng edilib. Dərhal çağırış yerinə təcili tibbi yardım avtomobili ilə sürücü Samir Rüstəmov və feldşer Səfail Fərəcov çıxıb. Təcili tibbi yardım avtomobili rayonunun Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Hüseynağa oğlu Müslümovun idarə etdiyi "Hyundai SantaFe" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi idarəetməni itirərək yoldan çıxıb. Baş verən ağır qəzada "Hyundai SantaFe"nin sürücüsü və avtomobildə sərnişin qismində olan həyat yoldaşı 1969-cu il təvəllüdlü Ülkər Həsənağa qızı Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

İlkin məlumata görə qəzanın baş verməsinə səbəb "Hyundai SantaFe" markalı nəqliyyat vasitəsinin anidən təcili tibbi yardım avtomobilinin qarşısına çıxması olub.

Qeyd edək ki, qəzada xəsarət alan sürücü Z. Müslümov da həkimdir.

Seçilən
21
6
demokrat.az

8Mənbələr