AZ

Azərbaycan idmançıları Madriddə iki medal qazandı

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.

Axar.az xəbər verir ki, bu gün atletlərimizdən Lətif Əliyev U-15 kateqoriyasında mübarizəyə qoşulub.

71 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 108 kiloqram nəticə göstərərək qızıl medala sahib olub. Lətif təkanla qaldırma hərəkətində 129 kiloqram çəkini başı üzərinə qaldırıb. Beləliklə, iki hərəkətin cəmində 237 kiloqram nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını qazanıb.

Seçilən
67
1
axar.az

10Mənbələr