AZ

Təcili tibbi yardım avtomobili qəzaya uğradı, xəsarət alanlar var

Lənkəranda baş verən qəzada xəsarət alanlar var.

Viral.az xəbər verir ki, saat 19:25 radələrində Lənkəran rayonunun Səpnəkəran kəndindən 103-ə zəng edilib. Dərhal çağırış yerinə təcili tibbi yardım avtomobili ilə sürücü Samir Rüstəmov və feldşer Səfail Fərəcov çıxıb. Təcili tibbi yardım avtomobili rayonunun Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Hüseynağa oğlu Müslümovun idarə etdiyi “Hyundai SantaFe” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi idarəetməni itirərək yoldan çıxıb. Baş verən ağır qəzada “Hyundai SantaFe”nin sürücüsü və avtomobildə sərnişin qismində olan həyat yoldaşı 1969-cu il təvəllüdlü Ülkər Həsənağa qızı Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Son Yazılar:

İlkin məlumata görə qəzanın baş verməsinə səbəb “Hyundai SantaFe” markalı nəqliyyat vasitəsinin anidən təcili tibbi yardım avtomobilinin qarşısına çıxması olub.

Qeyd edək ki, qəzada xəsarət alan sürücü Z. Müslümov da həkimdir.

Faktla bağlı araşdırma aparılır. Araşdırmadan sonra qəzanın dəqiq baş vermə səbəbləri məlum olacaq.

***

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağırışa gedən təcili tibbi yardım avtomobili “Hyundai SantaFe” markalı nəqliyyat hadisəsi ilə toqquşub.

Əlavə məlumat veriləcək.

Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 2nəfər xəsarət alıb - FOTO- YENİLƏNİB Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 2nəfər xəsarət alıb - FOTO- YENİLƏNİB Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 2nəfər xəsarət alıb - FOTO- YENİLƏNİB Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 2nəfər xəsarət alıb - FOTO- YENİLƏNİB Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 2nəfər xəsarət alıb - FOTO- YENİLƏNİB Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 2nəfər xəsarət alıb - FOTO- YENİLƏNİB

Seçilən
22
6
viral.az

8Mənbələr