AZ

Lənkəranda təcili yardım maşınının qəzaya düşməsi ilə bağlı TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi Lənkəranda təcili tibbi yardım avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu hadisənin bəzi təfərrüatlarını əldə edib.

Məlumata görə, hadisə bu gün saat 19:25 radələrində rayonun Velədi kəndi ərazisində qeydə alınıb. Belə ki, Səpnəkəran kəndindən 34 yaşlı N.M.-nin 103 xidmətinə zəng etməsindən sonra çağırış yerinə sürücü Samir Rüstəmovun idarə etdiyi təcili tibbi yardım avtomobili feldşer Səfail Fərəcovla birlikdə yola düşüb.
 

Yolda hərəkətdə olan təcili tibbi yardım maşını Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Hüseynağa oğlu Müslümovun idarə etdiyi “Hyundai SantaFe” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetməni itirərək yoldan çıxıb.


Qəza nəticəsində "Hyundai SantaFe"nin sürücüsü Zakir Müslümov və sərnişin – onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Ülkər Həsənağa qızı Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

İlkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb "Hyundai SantaFe"nin qəfil təcili yardım avtomobilinin qarşısına çıxması olub.

Qeyd edək ki, xəsarət alan sürücü Zakir Müslümov da həkim kimi fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri ekspertiza və istintaq nəticəsində müəyyən olunacaq.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
7
1
bizim.media

8Mənbələr