AZ

Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfərə gəlib

Ankara, 29 iyul, AZƏRTAC

İyulun 28-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankara şəhərinin beynəlxalq Esenboğa aeroportundan Qazaxıstan liderinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kasım-Jomart Tokayevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər qarşılayıblar.

İki ölkənin dövlət başçısı bir müddət hava limanın Şərəf Salonunda görüş keçiriblər.

Qeyd edək ki, iki günlük səfər proqramı çərçivəsində iyulun 29-da Ankarada Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək. İki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
10
2
azertag.az

3Mənbələr