AZ

Şəmkirdə taksi sürücüsü sərnişinləri BIÇAQLADI

Şəmkirdə sərnişinlər bıçaqlanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar.

 

Yaralılar xəstəxanaya aparılıb.

 

Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
9
modern.az

10Mənbələr