AZ

Xalq artistinin oğlu vəfat etdi - FOTO

Azərbaycanın Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov iyulun 29-na keçən gecə 57 yaşında dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.
 
Məlumata görə, Ə.Məmmədov 1968-ci ildə Bakı şəhərində doğulub. O, BDU-nun hüquq fakültəsini bitirib. Ə.Məmmədov Salyan rayon polis şöbəsində və Bakı şəhər Nərimanov Məhkəməsində çalışıb.
 
Daha sonra isə Nərimanov rayon Polis İdarəsində baş təhqiqatçı vəzifəsini icra edib. O, 2013-2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində baş təhqiqatçı vəzifəsində də işləyib.
 
Xalq artistinin övladının dəfn mərasimi bu gün Yasamal qəbirstanlığında olacaq.
Seçilən
3
9
moderator.az

10Mənbələr