ABŞ Prezidenti Donald Tramp çinli həmkarı Si Cinpinlə tez bir zamanda görüşmək fürsəti axtarmadığını, lakin artıq Çinə səfər dəvəti aldığını bildirib.
Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri "Truth sosial" səhifəsində yazıb.
"Saxta xəbər mediası mənim Çinin Sədri ilə zirvə görüşü axtardığım barədə xəbər verir. Bu düzgün deyil, mən heç nə axtarmıram! Mən Çinə gedə bilərəm, lakin bu, yalnız Si Cinpinin dəvəti ilə olacaq. Əks halda, bu məni maraqlandırmır", - Tramp əlavə edib.
Nurlana ƏhmədovaMissiya.Az