AZ

DGK Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalının 600 minlik tenderi ləğv edildi

ain.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Dövlət Gömrük Komitəsi (DGK) Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalının laboratoriya və digər sərf materiallarının alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

Tribunainfo.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin dəyəri 594 468 AZN olub.

Pravda.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
tribunainfo.az

10Mənbələr