AZ

Xalq artistinin oğlu vəfat etdi

Mərhum Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 yaşında vəfat edib.


Axşam.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Ə.Məmmədovun hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.

Onun bu gün Yasamal qəbiristanlığında dəfn olunacağı qeyd edilib.

Məlumata görə, Əvəz Məmmədov hüquq-mühafizə orqanlarında çalışıb.

Qeyd edək ki, Həsən Məmmədov 2003-cü ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

Tarix: 29 İyul 2025, 09:25   
Seçilən
15
13
pravda.az

10Mənbələr