AZ

Dünya üçün HƏYƏCAN - İtaliyada bu virusdan ilk ölüm qeydə alındı...


Dünyada daha bir virusla bağlı həyəcan yaranıb. Artıq İtaliyada Qərbi Nil virusuna yoluxan daha bir nəfər ölüb. Kampaniya regionunda 80 yaşlı kişi virusun növbəti qurbanı olub. Bu, ölkə üzrə ilin əvvəlindən virusundan 4-cü ölüm hadisəsidir. Cari ildə İtaliyada virusa 32 yoluxma faktı qeydə alınıb. 2024-cü ildə isə 460 yoluxma və 20 ölüm olub.

Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.

Mətləb

Seçilən
2
2
baki-xeber.com

10Mənbələr