Hava nəqliyyatı sahəsi üzrə mütəxəssislər infrastrukturun bərpası xərclərini və qarşıdakı tarixlər üçün bilet almaqdan imtina edən müştəriləri nəzərə alınmaqla, ümumi itkilərin milyardlarla rubla çata biləcəyini vurğulayırlar.
“Aviaşirkətin bir neçə min fiziki və virtual serverinin tamamilə məhv edilməsi mümkün deyil. Amma onun sistemlərinin bərpası təxminən bir neçə gündən bir neçə aya qədər vaxt aparacaq”,- İT mütəxəssislər güman edirlər.
![]() |
Rusiyanın “Aeroflot” şirkəti haker hücumuna məruz qalıb| VİDEO |
Xatırladaq ki, iyulun 28-də Rusiya Federasiyasının Baş Prokurorluğu “Aeroflot” aviaşirkətinin informasiya sistemlərində baş vermiş irimiqyaslı nasazlığın məqsədyönlü haker hücumunun nəticəsi olduğunu rəsmən təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.
Hadisəyə görə məsuliyyəti “Cyberpartisans BY” və “Silent Crow” haker qrupları öz üzərinə götürüb. Onlar açıqlamalrında bir il ərzində aviaşirkətin daxili şəbəkəsinə çıxış əldə etdiklərini bildiriblər. İddiaya görə, bu müddət ərzində onlar əsas korporativ sistemləri pozmağa və uçuş tarixçələri və müştərilərin şəxsi məlumatları da daxil olmaqla böyük həcmdə miqdarda məlumatları oğurlaya biliblər.
— Newsfeed (@Newsfeed883920) July 28, 2025
Sahil İsgəndərov
AzVision.az