AZ

Tramp Si Cinpinlə təcili görüşmək istəyi barədə xəbərləri təkzib edib

Ayna saytına istinadən ain.az xəbər verir.

Amerika lideri dəvətsiz görüşməkdə maraqlı olmadığını bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o Çin lideri Si Cinpinlə təcili görüş istəməsə də, Çinə səfər etmək üçün dəvət alsa, bu, müm kündür.

AYNA.AZ xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.

Amerika lideri belə xəbərlərin həqiqətə uyğun olmadığını vurğulayıb: “Saxta xəbər mediası Çin lideri Si Cinpinlə təcili görüşmək istədiyimi yazır”.

Tramp deyib ki, o Çinə yalnız Si Cinpin dəvət etsə, səfər edə bilər. Amerika lideri dəvətsiz görüşməkdə maraqlı olmadığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
50
ayna.az

10Mənbələr