AZ

Etilen və propilen istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında ölkədə 81,1 min ton etilen, 72,5 min ton propen (propilen) istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə etilen istehsalı 8 faiz və ya 6 min ton, propilen istehsalı isə 4,2 faiz və ya 2,9 min ton artıb.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı etilen üzrə 1,2 min ton, propilen üzrə isə 0,7 min ton təşkil edib.

Seçilən
1
1
vergiler.az

2Mənbələr