Bakı.Trend:
Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədiləiyulun 30-dan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlətsərhədi avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq Ələtqəsəbəsində yerləşən “Azpetrol” YDM-ə kimi olan 50 kilometrliksahəsində hərəkətin maksimum sürət həddi 110 km/saat-dan 90km/saat-a endiriləcək.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumatyayıb.
Bildirilir ki, sözügedən avtomobil yolunun üzərindəeynisəviyyəli nizamlanmayan piyada keçidlərinin yerləşdiyiərazilərdə maksimum hərəkət sürətinin 70 km/saat həddinəendirilməsi nəzərdə tutulur.
"Hazırda qeyd olunan yol sahəsində müvafiq yol nişanlarınınquraşdırılması işləri aparılır.
Hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürəthədlərinə riayət etmələri xahiş olunur", - qurumdan əlavəolunub.