AZ

Rusiyada konsert verməkdən imtina etdi

Amerikalı müğənni Cennifer Lopez Rusiyada konsert verməkdən imtina edib.

Gundem.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Xəbərdə müğənninin avqustda Moskvada konsert verməyi planlaşdırdığı, lakin 3 ay əvvəl razılaşsa da, bu günlərdə fikrindən daşındığı qeyd edilib.

Dünyaşöhrətli müğənninin Moskvadakı konserti ilə bağlı ilkin müqavilə imzalandığı, hətta 1 milyon dollar qonorar təyin edildiyi də bildirilir.

Onun bu qərarı verməsinə səbəb kimi ölkədə hərbi əməliyyatların davam etməsi və bunun Lopezin imicinə xələl gətirəcəyi göstərilib.

Seçilən
23
8
gundem.az

9Mənbələr