AZ

Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyənləşdirilib

Nazirlər Kabineti “Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərinin müəyyən edilməsi haqqında” Qərar qəbul edib.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 375 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alınıb ki, büdcə təşkilatları tərəfindən “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçirilsin:

- Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən;

- Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.

Seçilən
2
1
vergiler.az

10Mənbələr