AZ

“Çelsi”nin hücumçusu Ronaldu ilə komanda yoldaşı olub

Bakı, 29 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandası İngiltərənin “Çelsi” klubundan Joau Feliksi transfer edib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

London təmsilçisi forvardın satışından bonuslarla birlikdə 50 milyon avroya yaxın gəlir əldə edəcək.

Qeyd edək ki, Joau Feliks "Çelsi"yə 2024-cü ilin yayında İspaniyanın "Atletiko Madrid” klubundan keçib. Hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirib.

“Əl-Nəsr”də Feliksin Portuqaliya millisindən komanda yoldaşı olan Kriştianu Ronaldu da çıxış edir.

Seçilən
18
4
azertag.az

6Mənbələr