AZ

Həmədanda 20-yə yaxın yeniyetmə hovuzda zəhərləndi

Dünən Həmədan şəhərindəki özəl hovuzlardan birində elektrik enerjisinin verilməsinin xəbərsiz kəsilməsi nəticəsində 15 yeniyetmə zəhərlənib. 

Missiya.Az xəbər verir ki, bu barədə şəhərin Tibb Elmləri Universitetinin Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Məhəmməd Rza Şokuhi bildirib.

Məlumata görə, saat 19:30 radələrində baş verən hadisədən sonra zəhərlənən şəxslər dərhal Həmədandakı Sina və Ekbatan xəstəxanalarına yerləşdirilib. Onlardan 12-si ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə müalicəsini davam etdirmək üçün xəstəxanada saxlanılıb. Rəsmi mənbələr zəhərlənmənin elektrik enerjisinin verilməsində yaranan fasilə nəticəsində hovuzun təmizləmə və havalandırma sisteminin dayanması ilə bağlı ola biləcəyini ehtimal edirlər. 

Zərintac Mayisqızı Missiya.Az 

Seçilən
15
2
missiya.az

3Mənbələr