AZ

BMT QAK-ın Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandıracaq - Bu tarixdə

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK/UNHCR) Azərbaycandakı nümayəndəliyi avqustun 31-dən etibarən fəaliyyətini dayandıracaq.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.

Xatırladaq ki, martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Son ilə görüş çərçivəsində bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyini söyləmişdi.

Seçilən
0
1
publika.az

2Mənbələr