AZ

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan nümayəndəliyi fəaliyyətini bu tarixdə dayandıracaq - EKSKLÜZİV

BAKI, 29 iyul. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyi avqustun 31-dən etibarən fəaliyyətini dayandıracaq.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.

Xatırladaq ki, martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Son ilə görüş çərçivəsində bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyini bildirmişdi.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr