BAKI, 29 iyul. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyi avqustun 31-dən etibarən fəaliyyətini dayandıracaq.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.
Xatırladaq ki, martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Son ilə görüş çərçivəsində bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyini bildirmişdi.