AZ

Portuqaliyalı futbolçu Ronaldo ilə komanda yoldaşı oldu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası heyətini gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda  İngiltərənin “Çelsi” klubundan Joau Feliksi transfer edib. Tərəflər arasında iki illik müqavilə bağlanıb.

London təmsilçisi forvardın satışından bonuslarla birlikdə 50 milyon avroya yaxın gəlir əldə edəcək.

“Əl-Nəsr”də Feliksin Portuqaliya millisindən komanda yoldaşı olan Kriştianu Ronaldo da çıxış edir.

Seçilən
18
1
idmanxeber.az

6Mənbələr