Qlobal inflyasiya 2025-ci ildə 4,2 %-ə, 2026-cı ildə isə 3,6 %-ə qədər azalacaq.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) çərşənbə axşamı dərc edilmiş "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı iyul hesabatında deyilir.
Eyni zamanda, inflyasiya tendensiyalarının ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqləndiyi bildirilir: proqnoza görə, ABŞ-də inflyasiya hədəf səviyyəsindən yüksək olaraq qalacaq, digər böyük iqtisadiyyatlarda isə daha mülayim olacaq.
Qeyd edək ki, ötən il qlobal inflyasiya 5,8 % təşkil edib.