AZ

Nəbatat Bağı qonaqlara müraciət etdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs “Mərkəzi Nəbatat Bağı” paytaxt sakinləri və qonaqlara müraciət edib.


Mərkəzi Nəbatat Bağından Manset.az-a verilən məlumata görə, Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir.

Qeyd edilib ki, bu səbəbdən orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür: “Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar.

Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir”.

Qeyd edək ki, bu gün iyulun 28-də Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan vurması barədə xəbər yayılıb.

Seçilən
6
35
manset.az

10Mənbələr