AZ

“Sumqayıt” milli komandamızın üzvü ilə razılığa gəldi

Yeni mövsümə hazırlığını davam etdirən “Sumqayıt” futbolçularından biri ilə müqaviləni uzadıb. Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Səbuhi Abdullazadəni komandada saxlaya bilib.

23 yaşlı yarımmüdafiəçi daha 2 il “Sumqayıt”ın formasını geyinəcək.

Milli komandamıza da cəlb olunan Səbuhi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyunda 1 qol vurub.

Seçilən
1
msport.az

1Mənbələr