İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” start götürəcək. 4 gün davam edəcək beynəlxalq turnirə Azərbaycan millisi 4 idmançı ilə yollanıb.
Rekord.az xəbər verir ki, baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.
Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da komanda ilə birgə “Brandenburq kuboku”na yollanıb. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.