Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində, biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb. Bir ailənin üzvləri olduğu deyilən yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.