AZ

Yevlaxda ağır yol qəzasında bir ailənin yeddi üzvü xəsarət alıb

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində, biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb.

Bir ailənin üzvləri olduğu deyilən yaralılar xəstəxanaya yerləşdirilib.

Seçilən
18
10
demokrat.az

10Mənbələr