AZ

"Turan Tovuz"dan Türkiyədə növbəti heç-heçə

Azərbaycan Premyer Liqasının növbəti mövsümünə Türkiyədə hazırlaşan "Turan Tovuz" növbəti yoxlama matçını keçirib.

İdman.biz xəbər verir ki, təmilçimiz 1-ci Liqa təmsilçisi "Keçiörengücü" ilə qarşılaşıb.

90 dəqiqə ərzində qalib müəyyənləşməyib. Oyun 0:0 hesabı ilə yekunlaşıb. "Turan Tovuz" qonşu ölkədə ilk yoxlama matçında isə "Çorum"la heç-heçəyə razı olmuşdu - 1:1.

Qeyd edək ki, Tovuz təmsilçisi avqustun 15-də start götürəcək çempionatın ilk turunda səfərdə "İmişli" ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
4
2
idman.biz

3Mənbələr