ain.az, Yenisabah portalına istinadən məlumat verir.
"Rusiyada yaşayan Azərbaycan türkləri və digər türkdilli etnoslar müasir Rusiya dövlətinin ən qədim avtoxton (yerli) xalqlarıdır. Bu etnoslar Rusiya Federasiyasının bir sıra subyektlərinin konstitusiyalarında təsbit olunmuş dövlətqurucu xalqlardır".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Tofiq Zülfüqarov öz "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, etnik mənsubiyyət heç bir halda ayrı-seçkiliyin, o cümlədən vətəndaşlıqdan məhrum etmənin səbəbi və ya bəhanəsi ola bilməz: Marqarita pizza
"Vətəndaşın etnik mənsubiyyətinə görə günahsızlıq prezumpsiyasının pozulması Rusiya Federasiyası Cinayət Məcəlləsinin və beynəlxalq öhdəliklərin pozulmasıdır. Dövlət və ya ictimai strukturların birbaşa və ya dolayısı ilə konstitusiyaya zidd, millətlərarası anlaşma və sabitliyi pozmağa yönəlmiş hərəkətləri təşviq etməsi və ya göz yumması cinayətdir".
T. Zülfüqarov sadalanan hərəkətlərin Rusiya qanunvericiliyinə əsasən ən ağır cinayətlər hesab olunduğunu nəzərə alaraq təkliflər irəli sürüb:
"Hakimiyyət nümayəndələri və ya ayrı-ayrı vətəndaş qrupları tərəfindən həyata keçirilən qanunsuz hərəkətlərin video ilə qeydə alınması praktikasının geniş tətbiq edilməli, diaspor təşkilatları bu cür materialların toplanmasında yardım göstərməli və onlar sonradan məhkəmələrə, hüquq-mühafizə orqanlarına, prokurorluğa və KİV-ə təqdim olunmalı; səfirlik və konsulluq nümayəndəlikləri konsul dairələrində yaşayan vətəndaşlarla qarşılıqlı əlaqəni gücləndirməli, onların qanuni hüquqlarını qorumağa yönəlmiş fəaliyyətlərini artırmalıdırlar.
Hesab edirəm ki, Rusiyanın bəzi KİV-ində səslənən təxribat xarakterli, millətçi və şovinist anti-Azərbaycan bəyanatlarına ictimaiyyətimizin reaksiyası qarşı tərəfə xalqımıza məxsus olan normalara və ənənələrə uyğun şəkildə çatdırılmalıdır".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.