AZ

Tramp QƏRARINI VERDİ: Ukraynada atəşkəs üçün 10 günlük sayım başladı

ABŞ-nin prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada atəşkəsin əldə olunması üçün 10 günlük müddət bu gündən hesablanmağa başlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp Aberdindən Vaşinqtona gedərkən şəxsi təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Rusiyanı cəzalandırmaq niyyətində deyil — WSJ


Onun sözlərinə görə, Vaşinqton Rusiya ilə Ukrayna məsələsində razılaşmaya nail olmaq istəyir. Əks halda, ABŞ Rusiyaya qarşı idxal rüsumları tətbiq edəcək.

“Putin müharibəni davam etdirmək istəyir. Bizim tariflər onlara təsir göstərə bilər, amma bəlkə də göstərməz,” – deyə Tramp bildirib.

O həmçinin vurğulayıb ki, Rusiya əleyhinə tədbirlərin xammal bazarlarında doğura biləcəyi nəticələr onu narahat etmir.

ABŞ prezidenti əlavə edib ki, Ukraynadakı müharibə uzun çəkəcək, baxmayaraq ki, onu asanlıqla dayandırmaq olardı:

“Mən Putindən heç bir cavab almadım. Bu, biabırçılıqdır,” – deyə Tramp əlavə edib.

Bizim.Media

Seçilən
2
50
bizim.media

10Mənbələr