ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə şəxsi görüşünün ilin sonuna qədər baş tutacağını gözləyir.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Tramp Aberdindən Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
"O, görüşmək istəyir və mən də görüşü səbirsizliklə gözləyirəm. Deyərdim ki, bu, ilin sonuna qədər baş tutacaq", - Tramp bildirib.
Eyni zamanda, Ağ Ev rəhbəri bildirib ki, ABŞ və Çin nümayəndələri arasında İsveçdə ticarət məsələləri üzrə danışıqlar çox yaxşı keçib.