AZ

Husilər İsrail hava limanına hipersəs raketi buraxıblar

Üsyançı Yəmənin Ənsar Allah hərəkatından olan husilər hipersəs ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben Qurion hava limanına hücum ediblər.

Ucnoqta.az xəbər verir ki, bu iddia ilə üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Saria çıxış edib.

"Yəmən silahlı qüvvələrinin raket qüvvələri Fələstin-2 hipersəs ballistik raketindən istifadə edərək Lod hava limanına hücum edərək unikal hərbi əməliyyat həyata keçirib", - Saria üsyançılara məxsus Əl Məsirə telekanalında deyib.

"Əməliyyat öz məqsədinə uğurla nail oldu", - deyən Ənsar Allah hərbi sözçüsü hücumun İsrailin əsas hava limanında əməliyyatları dayandırdığını qeyd edib.

Seçilən
35
30
ucnoqta.az

10Mənbələr