AZ

ABŞ neft hasilatını artıra bilər

Rusiya və onun ticarət tərəfdaşlarına qarşı tariflərin tətbiqi qlobal enerji bazarlarında fasilələrə səbəb olarsa, ABŞ neft hasilatını artıracaq.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Aberdindən Vaşinqtona gedərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Mən bundan narahat deyiləm", - ABŞ lideri neft bazarlarının mümkün destabilizasiyasını şərh edərkən deyib.

"Ölkəmizdə o qədər neft var ki, biz hasilatı bir az da artıracağıq. Yəni, hazırda neftin qiyməti olduqca aşağıdır", - o bildirib.

Tramp, həmçinin qeyd edib ki, rüsumların tətbiqi ilə bağlı etdiyi xəbərdarlıqlarla bağlı Rusiya tərəfdən heç bir cavab almayıb.

"Bu, ayıbdır", - ABŞ prezidenti əlavə edib.

Seçilən
39
2
report.az

10Mənbələr